Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 5 mlrd. 199,5 mln. manat və ya 3,74 dəfə azalaraq 2018-ci ilin may ayının 1-nə 1 899,8 mln. manat təşkil edib.
Eləcə də bax: Mərkəzi Bankın valyuta ehtiyatları artdı
Azərbaycan Mərkəzi Bankından FED.az-a verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə bankların xarici borclanması 7,5 mln. manat və ya 0,4% artıb.
Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2018-ci ilin mayın 1-nə 5 680,1 mln. manat təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 241,9 mln. manat və ya 65,2% çoxdur. Məcmu xarici aktivlərin həcmində mart ayı ilə müqayisədə apreldə 191,7 mln. manat və ya 3,3%-lik azalma baş verib.