Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə banklar tərəfindən verilən kredit həcmi yenidən böyüdü.
Eləcə də bax: Fərdi sahibkarların banklarda cari hesablarının sayı 30%-dən çox - ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının bildiridiyinə görə, 1 noyabr 2021-ci il tarixinə fərdi sahibkarlara verilən kreditin həcmi tarixi maksimum yeniləyərək 1 milyard 323.7 milyon manata çatıb.
Burada AMB bank olmayan kredit təşkilatları istisna olmaqla və vaxtı keçmiş kreditlər daxil olmamaqla hesablanır.
Bu son bir ayda 61.2 mln. manat və ya 4.85% artım dinamikasıdır. İllik müqayisədə isə fərdi sahibkarların kredit portfeli 516.7 mln. manat və ya 64.03% artmışdır.
1 noyabr tarixinə fərdi sahibkarlara verilən kreditin 1 mlrd. 246 mln. manatı milli və 77.7 mln. manatı isə xarici valyutada olub.
Azərbaycanda fərdi sahibkarlara verilən kreditlərin portfeli cari ilin mayın 1-dən etibarən, tarixdə ilk dəfə 1 mlrd. manatı ötüb.