2021-ci ilin oktyabr ayında banklarda müştərilərin cari hesablarının sayı 21 226 182 olub . Bu, sentyabr ayı ilə müqayisədə 337 999 ədəd və ya 1.62%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3 380 802 ədəd və ya 19% çoxdur.
Eləcə də bax: Azərbaycanda 1 il ərzində 1 milyona yaxın yeni kredit hesabı - AÇILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı bildirir.
Cari hesablardan 20 934 027-si fiziki şəxslərə, o cümlədən sahibkarlıqla məşğul olanlara (597 078), 292 155-i isə hüquqi şəxslərə məxsusdur.
Mərkəzi Bankın təqdim etdiyi statistikaya əsasən, sahibkarlıqla məşğul olan fiziki şəxslərin cari hesablarının sayında cari ilin sentyabr ayına nisbətən 11 141 və ya 1.9%, ötən ilin müvafiq dövrünə nisbətən isə 145 405 və ya 32.2% artım müşahidə olunur.