Son bir həftə ərzində Azərbayca nlatərəfdaş ölkələrdə, xüsusən də Türkiyə və Rusiyada milli valyutaların kəskin volatilliyi Azərbaycanda da bir psixoloji gərginlik yaradıb. Amma bankların heç birində nağd valyutaya olan tələbin qarşılanmaması kimi bir hal yoxdur. FED.az xəbər verir ki, bu barədə açıqlama ilə Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri İbrahim Alışov çıxış edib.
Onun sözlərinə görə, Mərkəzi Bank bankları kifayət qədər valyuta ilə tam təmin edir: "Bu, sadəcə psixoloji amildir. Apardığımız hesablamar və təhlillər göstərir ki, alışı daha çox həyata keçirən əhali qurupudur. Son bir həftə ərzində adambaşına düşən valyuta alışı 800-1300 dollar arasında dəyişir. Bu onu deməyə əsas verir ki, bu yalnız əhali qurupu arasında yayılan psixoloji gərginlə bağlıdır".
Banklardan dollar alan daha çox əhalidir - PALATA SƏDRİ
11:24
17 Aprel 2018