Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət göstərən koronavirus pandemiyasına görə bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunması məqsədilə ötən illərin nəticəsi üzrə dividend ödənişlərinin təxirə salınması tarixi uzadılıb.
Eləcə də bax: Fiziki şəxslərə ödənilən dividendlərlə bağlı - Vergi Güzəştləri
FED.az Banker.az-a istinadən xəbər verir ki, bununla bağlı qərarı AMB sədri Elman Rüstəmov imzalayıb.
Qərara əsasən bankların dividend ödəniş müddəti 1 aprel 2021-ci il tarixinədək uzadılıb. Bundan əvvəl isə məhdudiyyətin bitmə tarixi 1 yanvar 2020-ci il tarixinədək idi.
Qeyd edək ki, AMB-nin İdarə Heyətinin 2020-ci il 24 aprel tarixli qərarı “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası” təsdiq edilmişdi.
Digər dəyişiklikdə isə, 5-ci hissədə “2020-ci il üzrə isə aralıq dividend ödənişləri həyata keçirilməməlidir” sözləri çıxarılıb.