Azərbaycandakı banklar 2021-ci ilin 11 ayı ərzində cəlb etdikləri depozitlər (əmanətlər) üzrə 329,2 milyon manatlıq faiz ödəyiblər.
Eləcə də bax: Azərbaycanda nağdsız ödənişlərin həcmi - 10 Mlrd. Manata Yaxınlaşır
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bankların depozitlər üzrə faiz xərlcəri ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 milyon manat və ya 15,2% artıb. 2020-cu ilin 11 ayında banklar 285,7 milyon manatlıq depozit faizləri ödəmişdilər.
Banklar 2019-cu il ərzində depozitlər üzrə 372,4 milyon manatlıq, 2020-ci il ərzində isə 312,9 milyon manatlıq faiz ödənişi həyata keçirmişdilər. (Marja)