Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 9,668 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında aparılan hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 78,7% çoxdur.
Sözügedən nağdsız ödənişlərin 34 mln. manatı ATM-lər, 3,501 mlrd. manatı POS-terminallar, 6,132 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, noyabrda elektron ticarətdə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni tarixi rekord qeydə alınıb. Belə ki, təkcə noyabrda elektron ticarət şəbəkəsində istifadəçilər 914 mln. manatlıq ödənişlər həyata keçiriblər. Bu, indiyədək qeydə alınan ən yüksək aylıq göstəricidir.