5 iyun 2018-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0104005688 ISIN-li, 35 mln. manat həcmində, 364 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
FED.az xəbər verir ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti intervalı 91.3676 AZN (9.5000%) və 92.7156 AZN (7.9000%) olan 31 sifariş təqdim edilmişdir.
Eləcə də bax: Azərbaycanda pul bazası azalmaqda davam edib
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 92.3749 AZN (8.2999%), orta ölçülmüş qiyməti 92.4670 AZN (8.1915%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 116 808 600,00AZN, yerləşdirilmiş həcmi isə 35 milyon manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 4 iyun 2019-cu il.
Hərrac iştirakçıları 6 iyun 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.