Son bir ildə Azərbaycanda maliyyə və sğorta sahəsində çalışanların maaşları kəskin artıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əməkhaqqı - 2% Azalıb
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin yanvar-aprel aylarının nəticələrinə görə, ölkədə maliyyə və sığorta sahəsində çalışanların orta aylıq əmək haqqı 2 202,6 manat təşkil edib. Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 200 manat və ya 10% artıqdır (ötən il orta maaş 2004 manat idi).
Bu dövrdə dövlət sektorunda çalışan maliyyə və sığorta işçilərinin orta aylıq əmək haqqı 1 737 manat, özəl sahədə çalışanların isə 2 326 manat təşkil edib.
Artım da özəl sektorun hesabına baş verib.
Belə ki, əvvəlki illə müqayisədə dövlət sektorunda çalışanların əmək haqqı cəmi 4 manat artıb (ötən il 1 733 manat idi).
Özəl sahədə çalışanların əmək haqqı isə 259 manat və ya 12,5% artıb (ötən il 2 067 manat idi).