Azərbaycanın bank sektoru 2020-ci il ərzində 567,8 mln. manat həcmində xalis mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycanda problemli kreditlər - Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 5,8% artıb.
Hesabata əsasən, bu müddət ərzində bankların xalis faiz gəliri 1 368,1 mln. manat, qeyri-faiz gəlirləri isə 672,1 mln. manat təşkil edib. (Apa)