Hazırda Azərbaycanın bank sektorunda likvid aktivlər 6,7 mlrd. manatdır ki, bu da ümumi aktivlərin 24%-ni təşkil edir.
FED.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, qurumun Staretji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.
Bundan başqa, onun sözlərinə görə, sektorda kapital artımı davam edir: "Hazırda Palataya 400 mln.a yaxın artımla bağlı müraciətlər var. Baxmayaraq ki, ölkədəki 30 bankdan 11-i zərərlə işləyir".