Aktivləri kəskin azalıb, kapitalı da çatmır - BANKDAN “QIRMIZI” HESABAT
Bankın ümumi kredit portfeli də ötən ilin eyni rübü ilə müqayisədə 11,1% azalaraq 307 mln 285 min manat olub.Ən çox kredit verilən region Bakı şəhəri 214 mln 229 min manat olub. Növbəti region 23 mln 952 min manat kredit göstəricisini özündə əks etdirən Sumqayıt şəhəridir. Ümumilik də , regionlar üzrə verilən kreditlər də ən çox paya sahib olan Abşeron yarımadası olub ki , bu da ümumi məbləğin 81,3% təşkil edir. Qeyd edək ki, ötən ilin eyni rübündə Abşeron yarımadası üzrə kredit göstəricisi 83% olub.
Vaxtı keçmiş kreditlərin 86,1 milyon manatı Bakının, 12,3 milyon manatı Sumqayıt şəhərinin payına düşür. Gəncə, Şəki, Abşeron və Lənkəran da kreditlərin çətin qaytarıldığı ərahilərdir. Bankın bu şəhərlərdə yığa bilmədiyi kreditlərin həcmi şəhərlər üzrə 6,7-7,7 milyon manat ətrafında dəyişir. Xaçmazdan olan müştərilər isə «Bank of Baku»nun 4,9 milyn manat kreditini götürüb qaytarmırlar.
İqtisadiyyatın sahələrinə gəlincə, problemli kreditlərin 102 milyon manatı fiziki şəxslərin (istehlak kreditləri), 36 milyon manatı ticarət və xidmət sahəsinin, 2,5 milyon manatı kənd təsərrüfatının 300 min manata yaxın hissə isə sənayenin digər sahələrinin payına düşüb.