bankın faiz gəlirləri ötən ilin eyni dövrünə nisbətən 35,29 % azalaraq 20 mln 834 min manata düşüb. Faiz xərcləri isə 2017-ci illə müqaisədə 45,26 % azalaraq 7 mln 778 min manata enib.
“Bank Avrasiya” xalis mənfəəti 2 dəfə azalıb – HESABAT
İlk yarım ildə qeyri-faiz gəliri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 9 dəfə çoxalaraq 1 mln 490 min manat olub. Qeyri-faiz xərcləri bu dövrdə 37 mln 744 min manat təşkil edib. Bu da ötən ilə nisbətən 26 mln 293 min manat (2,3 dəfə) çoxdur.
Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar 25 milyon 12 min manat təşkil edib. Vergilərin ödənilməsinə pul sərf olunmayıb.
Beləliklə, Bank of Bakunun əməliyyat mənfəəti 1 mln 814 min manat olub. Qeyd edək ki, ötən ilin ilk yarısında bank 26 mln 41 min manat zərərdə idi. Yekunda bank bu ilin ilk yarısını 1 mln 814 min manat xalis mənfəətlə başa vurub.
Amma mənfəətə çıxması bankın digər göstəricilərindəki problemləri aradan qaldırmayıb. Hesabatdan məlum olur ki, ilk 6 ayda «Bank of Baku»nun aktivləri, kredit portfeli və depozitləri kəskin azalıb.
Hesabatdan məlum olur ki, ilin əvvəli ilə müqayisədə bankın cəmi aktivləri 100 mln 400,59 min manat və ya 25,11 % azalaraq 299 mln 459,49 min manata düşüb. Cəmi öhdəliklər isə 261 mln 712,85 min manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 101 mln 559,9 min manat və ya 27,96 % azdır.
İlin ilk yarısının nəticələrinə görə, Bank of Bakunun kredit portfeli 307 milyon 285,6 manat təşkil edir. 2018-ci ilin əvvəlində bankın kredit portfeli 340 milyon 947,1 min manat idi. Başqa sözlə bu il ərzində kreditlər 33,7 milyon manat və ya 9,87 % azalıb.
Bankdakı depozitlər isə son bir ildə 45% azalaraq 166 milyon 72 min manata düşüb. Xatıradaq ki, ötən ilin ilk yarısından sonra depozitlər 304 milyon manat, 2017-ci ilin sonunda isə 241,7 milyon manat idi. Bahqa sözlə, son bir ildə bankdakı depozitlər 45% azalıb.
Bu dövrdə bankın cəmi kapitalı ilin əvvəli ilə müqaisədə 1 mln 159,3 min manat və ya 3,17 % artaraq 37 mln 746,7 min manat olub. Amma bu artımdan sonra da bankın kapitalı qanunvericiliklə qoyulmuş tələbdən (50 milyon manat) aşağı həddədir.