Bank of Baku korporativ müştəriləri üçün pulsuz internet bankçılıq xidmətini istifadəyə verir. Bu yeni kampaniya 1 sentyabr 2016-cı il tarixindən 30 dekabr 2016-cı il tarixinədək keçiriləcəkdir.
Kampaniya çərçivəsində fiziki şəxslərlə yanaşı, internet bankçılıq xidmətinə yeni qoşulmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar da sözügedən xidmətdən pulsuz istifadə edə bilərlər. Belə ki, internet bankçılığa qoşulmaq üçün Banka müraciət edən korporativ müştərilər illik xidmət haqqından azad olunacaq və xidmətdən istifadəni aktiv edə biləcəklər.
Bu xidmətə həm hüquqi, həm də fiziki şəxslər aşağıdakı 2 üsulla qoşula bilər:
2) 145 Məlumat Mərkəzinə zəng edərək, identifikasiya üçün tələb olunan məlumatları – soyad, ad və ata adı, Bankda qeydiyyata alınan mobil nömrə, Şəxsiyyət vəsiqəsinin PIN kodu və kart və ya hər hansı hesab nömrəsini qeyd etməklə xidmətə qoşulmaq olar.
Bəs İnternet Bankçılıq xidmətindən istifadənin korporativ müştərilər üçün üstünlüyü nələrdən ibarətdir:
2) Asan imza təsdiqi ilə bankdaxili və bankxarici pul köçürmələrinin heç bir limit olmadan daha sərfəli şərtlərlə həyata keçirilməsi – Bank of Baku-da olan öz şəxsi hesabları və ya digər şəxslərin hesabına köçürmələr pulsuz, ölkədaxili başqa banklarda olan şəxsi və ya digər şəxslərin hesabına köçürmələr isə offlayn rejimlə müqayisədə 50% daha ucuz;
3) Bank xidmətlərindən növbə gözləmədən, əlavə vaxt itirmədən günün istənilən saatı faydalanmaq imkanı;
4) Konvertasiya əməliyyatlarının icrası;
5) Hesablar üzrə əməliyyatların və pul dövriyəsi tarixçəsinin izlənilməsi, kartdan-karta pul köçürmələrinin edilməsi, əmanət məbləğinin artırılması, yeni kredit sifarişinin verilməsi və s.
Korporativ müştərilərin istək və tələblərini nəzərə alaraq xidmət və məhsullarını daim yeniləyən Bank of Baku-nun sahibkarlar və hüquqi şəxslər üçün geniş çeşiddə təqdim etdiyi bu və digər korporativ bankçılıq xidmətləri haqqında daha ətraflı məlumatla bankın saytında tanış ola bilərsiniz.
Mənbə: bankofbaku.com