Azərbaycanın paytaxtı Bakı şəhəri 515 bal toplayaraq Qlobal Maliyyə Mərkəzləri İndeksində (Global Financial Centres Index – GFCI) 107-ci yeri tutub.
FED.az xəbər verir ki, bu barədə müvafiq hesabata istinadən xəbər verir.
Sənədə əsasən, ilk 3 yer ötən il olduğu kimi ABŞ-ın Nyu-York, Böyük Britaniyanın paytaxtı London və Çinin Şanxay şəhərinə məxsusdur. Sonrakı yerləri Honq Konq, sinqapur və Pekin tutur. Tokio ötən illə müqayisədə 7 pillə geriləyərək 4-cü yerdən 7-ci yerə enib.
Bu siyahıda Dubay 19-cu, Moskva 57-ci, İstanbul 74-cü, Tehran 96-cı yeri tutur.
Bakı bu siyahıda 515 xalla 107-ci yerdə qərarlaşıb və cədvəldə Keniyanın paytaxtı Nayrobi ilə qonşudur.
Əvvəlki illə müqayisədə Bakının göstəricisi 22 bal aşağı düşüb, yeri isə 98-ci yerdən 107-ci yerə dəyişib.
Qazaxıstanın iqtisadi mərkəzi sayılan Almatı 101-ci yerdə, Latviyanın paytaxtı Riqa isə 109-cu yerdədir.