2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 1607 nəfər artaraq 696446 nəfər olub.
Bakı şəhər Statistika İdarəsindən verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsi 8% artaraq 783,8 manat təşkil edib.
Yanvar-sentyabr ayları üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əmək haqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:
2017-ci ilin yanvar-sentyabr aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə) |
2017-ci ilin yanvar-sentyabr aylarında orta aylıq nominal əmək haqqı (manat) |
|
Bakı şəhəri - cəmi *) |
696 446 |
783,8 |
o cümlədən rayonlar: |
||
Binəqədi |
43 482 |
428,2 |
Xətai |
62 615 |
833,8 |
Xəzər |
29 631 |
642,5 |
Qaradağ |
25 123 |
958,9 |
Nərimanov |
64 730 |
517,3 |
Nəsimi |
152 001 |
617,2 |
Nizami |
44 925 |
667,7 |
Pirallahı |
7 718 |
1 381,5 |
Sabunçu |
27 314 |
484,7 |
Səbail |
115 036 |
1 493,7 |
Suraxanı |
19 636 |
573,4 |
Yasamal |
104 236 |
645,0 |