Xarici balansın tarazlaşması valyuta bazarında stabilliyin davamlı xarakter almasına şərait yaradır. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirib.
AMB-dən qeyd olunub ki, manatın dollara nəzərən məzənnəsi ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə azaldıcı təsir göstərir.
"Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2017-ci ilin 10 ayında orta illik inflyasiyanın 13,7% təşkil edib. Dövr ərzində qiymətlərin dinamikası inflyasiya idxalı, qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlərin qiymətlərinin dəyişimi, inflyasiya gözləntiləri, ayrı-ayrı məhsul qrupları üzrə təklifin həcmi kimi amillərin təsiri ilə dəyişib. İnflyasiyanın xarici amilləri dəyişkən olaraq qalır. Son ayda bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyanın azalmasının davam etməsinə mane olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meylləri müşahidə olunub. Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır", - deyə məlumatda vurğulanıb.
Buna da baxıb: "İndiki vəziyyət Mərkəzi Bankı qane edir" - EKSPERT