"Azfinance" investisiya şirkəti müştəri xidmətləri üzrə baş mütəxəsis vəzifəsinə işə qəbul elan edib.
Namizədlərə qarşı iqtisadiyyat (yaxşı olar ki, maliyyə) sahəsində ali təhsil, korporativ bankların əməliyyat departamentində azı 3 il iş təcrübəsi, müştərilərlə ünsiyyət qurmaq, yüksək səviyyədə danışıq aparmaq, satmaq bacarıqları kimi tələblər qoyulub.
Vəzifə öhdəlikləri hüquqi və fiziki şəxsləri müştəri kimi cəlb etmək, onlarla müqavilələr bağlamaq, müştərilərin vəsaitlərini idarə etmək, onlara investisiya məsləhətləri vermək, müştəri əməliyyatlarının uçotunu aparmaqdır.
Arzu edənlər CV-lərini fevralın 23-nə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.