Bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 927,1 milyon ABŞ dolları təşkil edib.
FED.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin yanvarın 1-i ilə müqayisədə 5% azdır.
2018-ci ildə xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti isə 22,8%-dən 19%-ə düşüb.
Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.
Eləcə də bax: Banklar «hücuma» keçir – «İcra haqqında» QANUNA TƏKLİFLƏR AÇIQLANDI