2020-ci ildə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 987,7 milyon ABŞ dolları təşkil edib. Halbuki, 2019-cu ildə tədiyyə balasında 5 142,9 milyon dollarlıq qalıq yaranmışdı.
Eləcə də bax: ARDNF-in ehtiyatları Azərbaycan iqtisadiyyatını risklərdən qoruyacaq - PROQNOZ
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 227,6 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), kapital hesabındakı 7,4 milyon dollarlıq kəsir (2,5 dəfə az), maliyyə hesabındakı 2 400,8 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub), balanslaşdırıcı maddələr üzrə 648,1 milyon dollarlıq qalıq (2,1% az) hesabına formalaşıb. (Report)