Bu il martın 1-i vəziyyətinə Azərbaycanda muzdla işləyənlərin 28,7 min nəfəri maliyyə və sığorta fəaliyyəti ilə məşğul olub.
Eləcə də bax: Bank və sığorta sektorunda çalışanlanrın - SAYI AÇIQLANIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu sahədə işçilərin sayı 3,5 min və ya 13,9% artıb. İşçilərin 5,3 min nəfəri dövlət, 23,4 min nəfəri özəl sektorda işləyib. Ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 10,4% və 14,7% artım qeydə alınıb.
Rəsmi statistikaya əsasən, yanvar-fevral aylarında maliyyə sahəsində orta aylıq nominal əməkhaqqı 1 591,8 manat, o cümlədən dövlət sektorunda 1 576,5, özəl sektorda 1 595,3 manat olub. Beləliklə, maliyyə sahəsində orta aylıq əməkhaqqında illik 7,6% artım qeydə alınıb.