“Azərbaycan manatının 2015-ci ildə baş vermiş devalvasiyasından sonra ölkə iqtisadiyyatında qeyri-neft sektorunun özünü bərpa etməsi müsbət haldır. Bu baxımdan turizm sektoru çox yaxşı inkişaf tempinə malikdir”.
FED.az xəbər verir ki, bunu “Fitch” Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında qurumun Avropadakı suveren fondlar üzrə direktoru Marina Stefani deyib.
“Əgər biz Azərbaycanın xarici buferlərinə fikir versək görərik ki, burada möhkəmlik var. Bu da balans hesabatına təsir edir. Amma hesabatda müəyyən risklər var. Bu risklər həm daxili, həm də xarici amillərlə bağlıdır. Ölkənin hələlik əmtəə (neft) qiymətlərindən asılılığı var. İxracda neftin rolu 90% təşkil edir. Hazırda Azərbaycanın ixracı sabitdir, amma volatillik olarsa bu ixraca təsirsiz ötüşməyəcək”, - o əlavə edib.
Eləcə də bax: Bakıda "Fich"in illik konfransı keçirilir