2025-ci il 1 oktyabr tarixinə Azərbaycanın dövlət borcu (daxili və xarici dövlət borcu) 25 milyard 365,1 milyon manat və ya 2025-ci il üzrə 129 milyard 865,5 milyon manat məbləğində proqnozlaşdırılan Ümumi Daxili Məhsulun (ÜDM) 19,5 faizini təşkil edib.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Ümumi dövlət borcunun 8.318,3 milyon manatı (4 milyard 893,1 milyon ABŞ dolları) və ya 32,8 faizi xarici dövlət borcunun, 17 milyard 046,8 milyon manatı və ya 67,2 faizi daxili dövlət borcunun payına düşür.
01 oktyabr 2025-ci il tarixinə Strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə hədəf gözlənilmiş və dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,1 faizini təşkil edib.
Həmin tarixə Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli Strategiyanın 2022–2025-ci illər üzrə yenilənməsi çərçivəsində (Strategiya) müəyyən olunmuş dövlət borcunun ÜDM-ə nisbət göstəricisinin 30-dən çox olmaması və xarici dövlət borcunun 10 milyard ABŞ dollarını üstələməməsi üzrə yuxarı hədədlər gözlənilib.












