FED.az Maliyyә Nazirliyinin operativ mәlumatına istinadən xəbər verir ki, 2020-ci ilin yanvar-sentyabr aylarında dövlәt büdcәsinә 17 milyard 964,5 milyon manat vәsait daxil olmuş, büdcәdәn 18 milyard 642,1 milyon manat vәsait xәrclәnmiş, büdcәnin icrasında 677,6 milyon manatlıq kәsir yaranmışdır.
Eləcə də bax: "Moody’s" Azərbaycanın büdcə gəlirləri üzrə proqnozunu - Açıqlayıb
Dövlət büdcəsinin kəsiri əsasən dövlət istiqrazlarının yerləşdirilməsi ilə cəlb edilən vəsait hesabına örtülür.
Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 15 milyard 954,7 milyon manat, xərcləri 16 milyard 356,2 milyon manat təşkil etmiş, son nəticədə büdcədə 401,5 milyon manat kəsir yaramışdı. (Marja)