"Moody's Investors Service" Azərbaycanın büdcə gəlirlərinin bu il azalacağını proqnozlaşdırır.
FED.az xəbər verir ki, bu il Azərbaycanın büdcə gəlirlərinin ÜDM-ə nisbəti 12,5 faiz bəndi azalacaq.
"Moody’s"ə görə, inkişafda olan ölkələrin neft ixracatçıları bu il büdcə gəlirlərinin ən böyük azalmasını yaşayacaq və bunun əsas səbəbi kimi, neftə azalan tələbat və neftin ucuzlaşması göstərilir.
Qeyd edək ki, ötən il Azərbaycan dövlət büdcəsinin gəlirləri 24,218 mlrd. manat, xərcləri isə 24,426 mlrd. manat təşkil edib. Beləliklə, 2019-cu ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 29,9%-ni təşkil edib. Nəticədə, "Moody’s"ə görə, bu ilin yekunlarına əsasən, ölkənin dövlət büdcəsinin gəlirləri ÜDM-in təxminən 17,4%-nə bərabər olacaq.
Xatırladaq ki, hazırda agentlik Azərbaycanın kredit reytinqini "Ba2" səviyyəsində qiymətləndirir. (Apa)