Bu ilin yanvar-mart aylarında Azərbaycanın bank sektoru 148,8 mln. manat həcmində xalis mənfəət əldə edib.
Eləcə də bax: Azərbaycan banklarına əmanət qoyuluşu - Azalıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8,7% azalıb.
Hesabata əsasən, I rübdə bankların xalis faiz gəliri 351,7 mln. manat, qeyri-faiz gəlirləri isə 170,8 mln. manat təşkil edib. (Apa)