2020-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələri $352,456 milyon təşkil edib.
Eləcə də bax: Azərbaycana xaricdən pul köçürmələri - 19% Azalıb
FED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankdan məlumat verilib.
2019-cu ilin 9 ayı ərzində fiziki şəxslər Rusiyadan Azərbaycana $425,907 milyon vəsait köçürüblər. Beləliklə, 2020-ci ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana pul köçürmələrinin həcmi 17,2% azalıb.
Hesabat dövründə Rusiya Azərbaycana pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında birinci yerdə qərarlaşıb.
Fiziki şəxslər tərəfindən pul köçürmələrinin həyata keçirildiyi ölkələrin beşliyinə Türkiyə ($55,694 milyon - artım 6,3%), ABŞ ($40,707 milyon - artım 39,9%), Qazaxıstan ($29,939 milyon - artım 2,6 dəfə) və BƏƏ ($29,193 milyon - artım 2,4 dəfə) də daxildir.
Fiziki şəxslər tərəfindən Azərbaycandan pul köçürmələrinin həyata keçirildiyi ölkələr arasında Türkiyə birinci yerdə qərarlaşıb. Belə ki, hesabat dövründə Azərbaycandan Türkiyəyə pul köçürmələrinin həcmi $85,659 milyon təşkil edib ki, bu da 2019-cu ilin 3 rübü ilə müqayisədə 24% çoxdur.
Eyni zamanda, yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən Azərbaycandan Rusiyaya $77,162 milyon (azalma 4,1%), Gürcüstana $42,532 milyon (artım 2,4 dəfə), ABŞ-a $40,151 milyon (artım 65,9%), Böyük Britaniyaya $19,324 milyon (artım 21,1%), Almaniyaya $16,978 milyon məbləğində (artım 8,9%) pul köçürmələri həyata keçirilib.
2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana pul köçürmələrinin həcmi $681,924 milyon (azalma 1,6%) təşkil edib. Hesabat dövründə Azərbaycandan xaricə pul köçürmələri 23,2% - $383,009 milyona qədər artıb. (İnterfaks)