2023-cü ildə Azərbaycandan İtaliyaya fiziki şəxslər tərəfindən 7 milyon 33 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 3 milyon 948 min dollar və 2.3 dəfə artıb.
Qeyd edək ki, ötən il Azərbaycandan İtaliyaya fiziki şəxslər tərəfindən 3 milyon 85 min ABŞ dolları dəyərində pul baratları köçürülüb.