2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 0,6% - 14 milyard 619,5 milyon manata qədər artıb.
Eləcə də bax: Azərbaycan banklarının kredit qoyuluşu - Artıb
FED.az xəbər verir ki, bu barədə agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2021-ci ilin mart ayının əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 917,5 milyon manat (ilin əvvəlindən artım 2,7% - İF) və ya bütün kreditlərin 6,3%-ni (2020-ci ilin sonuna 6,1%) təşkil edir.
2021-ci il martın 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 milyard 803,5 milyon manat (artım 1%) və ya bütün kreditlərin 18,3%-i, özəl banklar tərəfindən 11 milyard 442,6 milyon manat (artım 0,5%) və ya bütün kreditlərin 79,3%-i həcmində kredit verilib. Qalan 373,4 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
Mart ayının əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 407,6 milyon manat (artım 2%) milli valyuta, 4 milyard 212 milyon manat (azalma 2,6%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 28,8% (2020-ci ilin sonuna 29,8%) təşkil edir.
2021-ci il martın 1-nə bankların kredit qoyuluşlarının strukturunda 2 milyard 512,2 milyon manat (bütün kreditlərin 17,2%-i) ticarət və xidmət sahələrinin, 768,1 milyon manat (5,3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 569,8 milyon manat (3,9%) kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 688 milyon manat (4,7%) tikinti və daşınmaz əmlak sahələrinin, 908,3 milyon manat (6,2%) sənaye və istehsal sektorunun, 860,5 milyon manat (5,9%) nəqliyyat və rabitə sahələrinin, 6 milyard 771,3 milyon manat (46,3%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb. İlin əvvəlindən bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 0,9% artıb. (İnterfaks)