Azərbaycan Mərkəzi Bankı (AMB) pul bazarı üzrə göstəriciləri açıqlayıb. FED.az xəbər verir ki, AMB-nin məlumatına görə, mayın 1-ə pul bazası 9 milyard 495,1 milyon manat olub. Son bir ayda pul bazası 548,8 milyon manat və ya 6,1% artıb.Bu son aylar pul bazasının ən böyük artımıdır.
Qeyd edək ki, cəmi üç ay əvvəl, fevralın əvvəlindən pul bazası 8 milyard 709,2 milyon manat idi. Başqa sözlə, son 3 ayda pul bazası 9% böyüyüb.
Eləcə də bax: Mərkəzi Bank valyuta ehtiyatları - AÇIQLADI