«Günay bank» istehlak kreditlərini verməyi dayandırıb.
Eləcə də bax: «Günaybank»ın xalis mənfəəti 7 dəfə aşağı düşüb – HESABAT
FED.az-ın məlumatına görə, bank artıq bir neçə aydır ki, istehlak kreditləri vermir.
Bankdan əvvəlcə FED.az-a bildirilib ki, yalnız əmək haqqını Günay Bank vasitəsilə alan şəxslərə kredit verilə bilər, amma sonradan dəqiqləşdirilib ki, «Prosedur qaydaların yenilənməsi ilə əlaqədar olaraq istehlak kreditlərinin verilməsi müvəqqəti olaraq dayandırılıb, Şərtlər müəyyən olunandan sonra bu barədə rəsmi internet səhifəmizdə məlumat olacaqdır».
Xatırladaq ki, «Günaybank»da kreditlərin artıq bir neçə aydır ki, dayandığını bankın kredit portfeli ilə bağlı göstəricilərdən də görmək mükündür.
Belə ki, ilin əvvəlindən indiyədək bankın istehlak kreditləri portfeli ardıcıl olaraq azalmaqdadır. Biznes kreditləri portfelində davamlı azalma ötən ildən başlayıb və indiyədək davam edir.
Biznes kreditlərinə gəlincə isə, bankdan bildirilib ki, bankdan biznes krediti almaq istəyən qurumlar burada hesab açaraq azı 3 ay dövriyyə etməlidir, yalnız bundan sonra onların kreit müraciətlərinə baxılacaq.
|
«Günay Bank»ın kredit portfeli (min manat) |
|||
Dövr – illər, rüb |
2022-2 rüb |
2022-1 rüb |
2021-4 rüb |
2021-3 rüb
|
istehlak kreditləri |
2 507.98 |
2 540,92 |
2 533.36 |
2 488,17 |
biznes kreditləri |
124 557.71 |
125 599,27 |
125 640.48 |
128 564,22 |
daşınmaz əmlak |
77 122.99 |
73 488,66 |
71 601.35 |
68 202,87 |