Azərbaycanda özəl şirkətlər dövlət təminatı əsasında istiqraz buraxaraq vəsait cəlb edə biləcəklər.
Eləcə də bax: Azərbaycanın borc alması qaydası dəyişir - İLHAM ƏLİYEVDƏN FƏRMAN
FED.az xəbər verir ki, bunu Bakı Fond Birjasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq keçirilən “Emitent Günü” tədbiriində Azərbaycan Mərkəzi Bankının Kapital bazarlarına nəzarət departamentinin direktorunun müavini Samir İsmayılov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bank tərəfindən şirkətlərin kapital bazarına cəlb edilməsi istiqamətində addımlar atılır: “Məsələn, cari ilin Avqust ayında korporativ istiqrazlara zəmanət mexanizmi təsdiq edilib. Yəni necə hal-hazırda kreditlərə zəmanət mexanizmi fəaliyyət göstərirsə, eynilə istiqrazlara da bu zəmanət mexanizmi tətbiq olunacaq. Kapital bazarından maliyyələşmək istəyən şirkətlər dövlət təminatı əsasında istiqrazlar buraxa biləcəklər. Bu məqsədlə hazırda müvafiq qaydalar hazırlanmaqdadır və 2023-cü ilin Yanvar ayınadək istiqrazlara zəmanət verilməsi qaydaları təsdiq ediləcəkdir”. (Marja)