Cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi üstələyib.
Mərkəzi Bank: Valyuta hərraclarında bankların tələbi azalıb, alışyönlü müdaxilə həyata keçirilib
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib.
2026-cı ilin 5 ayında mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 311 milyon ABŞ dolları üstələyib.
Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi son 12 ayda 2.8 faiz bəndi azalaraq 2026-cı ilin mayında 27%-ə enib.
Valyuta hərraclarında bankların tələbinin əhəmiyyətli azalması şəraitində Mərkəzi Bank tərəfindən alışyönlü müdaxilə həyata keçirilib. Cari ilin 5 ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1.2 mlrd. ABŞ dolları məbləğində və ya 10.4% artaraq 12.7 mlrd. ABŞ dollarına çatıb.
Yanvar-may aylarında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrünə nəzərən 28.8% artaraq 560.1 milyon ABŞ dolları təşkil edib.














