Azərbaycanda banklar tərəfindən verilən istehlak kreditlərinin həcmi cari il sentyabrın 1-nə 3 736,9 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu da, öz növbəsində, ilin əvvəlinə nisbətən istehlak kreditləşməsinin həcmində 338,4 mln. manat və ya 8,3% azalma deməkdir.
Hesabat dövründə biznes kreditlərinin həcmində də azalma qeydə alınıb. Bu kateqoriyadan kreditlərin həcmi ilin əvvəlinə nisbətən 386,7 mln. manat və ya 4,3% azalıb və 8 644,9 mln. manat təşkil edib.
Bu müddətdə ipoteka kreditlərinin həcmi isə əksinə 7,2% artaraq cari il sentyabrın 1-nə 1 922,4 mln. manata çatıb.
Qeyd edək ki, bank sektorunun cəmi kredit portfeli bu il sentyabrın 1-nə 14 304,2 mln. manat olub. Bu isə ilin əvvəlinə nisbətən 596,7 mln. manat və ya 4% azdır.
Kredit portfelində azalma lisenziyası geri çağırılmış banklarla əlaqədardır. (Apa)