2017-ci ildə vəzifəli şəxs kimi korrupsiya cinayətindən məsuliyyətə çəlb olunan mühasiblərin sayı 2016-cı illə müqayisədə iki dəfə artıb. FED.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev məlumat verib.
Eləcə də bax: Böhranda kasıblığın daşını atanlar - REAL TARİXÇƏLƏR
Korrupsiya cinayətlərinə cinayətinə çəlb olunan mühasiblərin statistikasını açıqlayan prokuror bildirib ki, 2015, 2016 və 2017-ci illərdə müvafiq olaraq 9,10 və 21 mühasib cinayət məsuliyyətinə cəlb olunub: «Bu, umümi statistikanın 7 faizini təşkil edir.
Mühasiblər aşağıdakı əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunublar: Vəzifə səlahiyyətindən sui-istifadə, vəzifə saxtakarlığı, xüsusi formada şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq və ənənəvi olan mənisməmə və ya israf etmə».
Eləcə də bax: Ceyhun Mehdizadə 1,12 milyon manatla "Viza Kredit"ə nəzarəti ələ keçirdi
Elnur Musayev bildirib ki, Cinayət Məcəlləsinin 308- ci maddəsinə qeyd hissəsinə əsasən, hər bir mühasib inzibati təsərrüfat funksiyalarını yerinə yetirən şəxs kimi vəzifəli şəxs hesab olunur: “İstər dövlət sektorunda işləsin, istərsə də özəl Azərbaycanda vəzifəli şəxs anlayışında fərq xətti tamamilə silinib. İdarəmizin apardığı işlərə nəzərə salsaq, görərik ki, bəzən özəl sektorda baş verən korrupsiya halı miqyasina görə dövlət sektorundan daha çoxdur”.
Azərbaycanda həbs edilən mühasiblərin - SAYI ARTIR
11:25
9 İyun 2018