Bu il martın 1-nə Azərbaycanda geniş pul kütləsinin həcmi 28 578,0 milyon manat təşkil edib.
Eləcə də bax: Azərbaycan manatının fevral ayı üzrə effektiv məzənnələri - Açıqlanıb
FED.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu, fevralın 1-i ilə müqayisədə 1,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % az, ötən il martın 1-nə nisbətən isə 0,1 % azdır.
Fevralın sonuna manatla geniş pul kütləsinin həcmi 19 587,9 milyon manat təşkil edib. Bu isə aylıq müqayisədə 0,5 % çox, ilin əvvəli ilə müqayisədə 3,5% az, ötən il fevalın sonuna nisbətən isə 7% çoxdur. (Report)