İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan "Artpak" MMC-nin qablaşdırma və etiket istehsalının inkişafı layihəsi üçün 1 milyon manat məbləğində güzəştli kredit ayrılıb.
Ən çox güzəştli kredit verən bankların siyahısı - AÇIQLANDI
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Layihə üzrə illik 1 500 tondan çox məhsulun istehsalı nəzərdə tutulub", - deyə nazir qeyd edib.