Komitənin məlumatına görə, bu il dövlət sektorunda orta aylıq əmək haqqı 446,5 manat, özəl sektorda isə 696,7 manat təşkil edib.
Xatırladaq ki ötən il analoji göstəricilər 393,8 manat və 674,6 manat idi. Başqa sözlə, son bir ildə dövlət sektorunda maaşlar 13,4%, özəl sektorda isə 3,3% artıb.
Eləcə də bax: Azərbaycanda fərdi sahibkarlar lotereya təşkil edə bilərlərmi?
Bu il dövlət sektorunda ən az əmək haqqı kənd təssərrüfatı və səhiyyə sahəsindədir - 211-236 manat arasında dəyişir. Özəl sektorda isə bu sahələrdə əmək haqqı 360-362 manat arasında dəyişir. Ən yüksək əmək haqqı isə dövlət sektorunda maliyyə, sığorta və mədənçıxarma sənayesindədir. Təqribi maaşlar 1 336 – 1434 manat arasında dəyişir.
Özəl sektorda isə ən yüksək maaş Peşə, elmi- texniki fəaliyyət və mədənçıxarma sənayesindədir. Maaşlar 2 180 – 3 705 arasında dəyişir.