FED.az xəbər verir ki, Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı fərmanlara dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı daha 71 milyon manat artırılaraq 566 milyon manatdan 637 milyon manata qaldırılıb. Artan məbləğin güzəştli mənzil satışında istifadə ediləcəyi nəzərdə tutulur.
Eləcə də bax: Azərbaycanda ən çox - İPOTEKA KREDİTİ VERƏN BANKLAR – SİYAHI
Bundan başqa, fərmana əsasən, İpoteka və Kredit Zəimanət Fondu bankdan kredit götürən sahibkarlara dəstək verilməsi üçün onların kredit faizlərinin ödənilməsini davam etdirəcək.
Fərmana əsasən, Nazirlər Kabineti 2018-ci il yanvarın 1-dən 2020-ci ilin dekabrın 31-dək sahibkarlar tərəfindən banklardan manatla alınan kreditlər üzrə hesablanmış faizlərə görə 2019–2023-cü illərdə subsidiyaların verilməsi üçün tələb olunacaq vəsaitin həcmini Fond ilə birlikdə müəyyənləşdirib, müvafiq illərin dövlət büdcəsi layihələrində nəzərə alınmasını təmin etməlidir.