Nazirlər Kabineti “Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri və orta sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri tərəfindən peşəkar mühasib sertifikatının əldə edilməsinin müddətlərinin və ardıcıllığının müəyyən edilməsi haqqında” 25 oktyabr 2018-ci il tarixli qərarında dəyişiklik edib.
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin və büdcə təşkilatlarının bu ilin sonuna qədər işə qəbul edilən baş mühasibləri 2024-cü ilin sonuna qədər, gələn il yanvarın 1-dən sonra işə qəbul edilən baş mühasibləri həmin anda müvafiq peşəkar mühasib sertifikatına malik olmalıdırlar.