Azərbaycandakı bankların kredit portfelinin həcmi ilin əvvəlindən 3,8% artaraq iyunun 1-nə 14 691,4 mln. manat təşkil edib.
Eləcə də bax: Azərbaycan banklarının kredit qoyuluşu - Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, portfelin əsas hissəsinin təşkil edən biznes kreditlərin həcmi (ümumi portfelin 59,1%-i) ilin əvvəlindən 2,4% artaraq 8 681,4 mln. manat təşkil edib. Ümumi portfelin 26,2%-ni təşkil edən istehlak kreditləri isə ilin əvvəlindən 5,1% artaraq 3 847,3 mln. manat təşkil edib.
İpoteka kreditlərinə gəldikdə, onların ümumi portfeldə payı 14,7% təşkil edib və ilin əvvəlindən 7,2% artaraq 2 162,7 mln. manat olub. (Apa)