“Böyük dördlük” (“PriceWaterhouseCoopers”, “Deloitte”, “Ernst & Young” və KPMG) üzrə yerinə yetirilmiş audit müqavilələrin sayı 563-dən 677-yə qədər, yəni 114 ədəd və ya 20,25%, məbləği 35,2 mln. manatdan 41,4 mln. manata qədər, yəni 6,2 mln. manat və ya 17,6% artıb.
Eləcə də bax: Azərbaycanda ötən il 17 auditor bazarı - TƏRK EDİB
FED.az bu barədə Auditorlar Palatasının 2019-cu il üzrə hesabatına istinadən xəbər verir.
Məlumata əsasən, orta məbləğ isə 62,6 min manatdan 61,2 min manata qədər, yəni 1,4 min manat və ya 2,23% azalıb.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə bağlanmış müqavilələrin sayı 4 517-dən 6 451-dək, yəni 1 934 ədəd və ya 42,82% artıb, məbləği isə 74,6 mln. manatdan 73,1 mln. manata qədər, yəni 1,5 mln. manat və ya 2,0 % azalıb.
Xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatları üzrə müqavilələrin sayı 505-dən 540-dək, yəni 35 ədəd və ya 6,93% artıb, məbləği 24,8 mln. manatdan 13,5 mln. manata qədər, yəni 11,3 mln. manat və ya 45,6% azalıb.
Yerli auditor təşkilatları üzrə müqavilələrin sayı 1 844-dən 3 750-dək, yəni 1 906 ədəd və ya 103,36%, məbləği isə 5,3 mln. manatdan 10,2 mln. manata qədər, yəni 4,9 mln. manat və ya 92,45% artıb.
Sərbəst auditorlar üzrə müqavilələrin sayı 1 502-dən 1 392-dək, yəni 110 ədəd və ya 7,32%, məbləği isə 3,3 mln. manatdan 2,6 mln. manata qədər, yəni 0,7 mln. manat və ya 21,21% azalıb.
Apa