Aprelin 10-da Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZ0105006693 ISIN-li, 30 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. FED.az-ın məlumatına görə, hərracda 10 investor tərəfindən qiyməti intervalı 93.0697 AZN (12.0000%) və 100.0363 AZN (7.9800%) olan 21 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.00 AZN (8.0000%), orta ölçülmüş qiyməti 100.0029 AZN (7.9984%) müəyyən edilib. Ümumi həcmi 30 milyon manat olan istiqrazlara 107,7 milyon manat yəni 3 qat artıq sifariş daxil olub.
İstiqrazların ödəmə tarixi 07 aprel 2020-ci il. Hərrac iştirakçıları 12 aprel 2018-ci il (t+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.