Ötən il məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 53,3 milyon manatın ödənilməsi təmin edilib. Həmçinin qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 34,2 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 73 faizi ödənilib.
FED.az xəbər verir ki, bu barədə yanvarın 15-də Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən ötən il korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı KİV və QHT nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında məlumat verilib.
Eləcə də bax: Prokurorluq tikinti şirkətlərinə - XƏBƏRDARLIQ EDİB
Baş İdarənin rəisi Kamran Əliyev qeyd edib ki, bununla yanaşı, törədilmiş və ya hazırlanan korrupsiya ilə əlaqədar hüquqpozmalara dair baxılmış məlumatlar üzrə araşdırma müddətində 2,6 milyon manat məbləğində maddi ziyanın ödənilməsi təmin olunub.