Azərbaycan hökuməti qarşıdakı 3 il ərzində ölkədə ABŞ dollarının məzənnəsi ilə bağlı gözləntilərini və rəsmi proqnozunu açıqlayıb.
Eləcə də bax: 2023-cü ilin büdcə layihəsi hazırdır - Nazirlər Kabinetinə təqdim olunub
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin bu gün açıqladığı 2023-cü ilin dövlət büdcəsi layihəsi ilə bağlı ilkin məlumatda əks olunub.
Büdcə layihəsində deyilir ki, Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalmasını dəstəkləyəcəkdir.
«İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş makroiqtisadi proqnozlarda 2023-2026-cı illər üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 manat səviyyəsində götürülmüşdür»-deyə sənəddə bildirilir.