2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $7 mlrd. 623 mln. 318,87 min təşkil edib ki, bu da 2017-ci ilin müvafiq dövrünün göstəricisindən 61,8% çoxdur. FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın xarici ticarət dövriyyəsi $28 mlrd. 214 mln. 299,31 min təşkil edib (2017-ci ilin analoji dövrü ilə müqayisədə artım 39,1% - İF). Yanvar-noyabr aylarında ixracın həcmi $17 mlrd. 918 mln. 805,59 min (artım 43,3%), idxalın həcmi $10 mlrd. 295 mln. 486,72 min təşkil edib (artım 32,2%).
İxracın strukturunda 81,6% neftin, 2,68% neft məhsullarının, 7,01% təbii qazın, 0,36% elektrik enerjisinin, 2,76% meyvə-tərəvəz məhsullarının, 0,05% çayın, 0,08% bitki və heyvan mənşəli yağların, 0,13% qəndin, 0,08% spirtli və spirtsiz məhsulların, 0,41% kimya məhsullarının, 0,62% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,4 pambıq, 0,12% pambıq ipliyin, 0,44% qara metal və ondan hazırlanan məmulatların, 0,59% alüminium və ondan hazırlanan məmulatların, 2,67% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 11,91% ərzaq məhsullarının, 1,34% tütün və tütün məhsullarının, 0,09% sementin, 2,59% əczaçılıq məhsullarının, 3,22% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,63% odun və agac məhsullarının, 10,83% qara metal və ondan hazırlanan məmulatların, 22,18% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 7,62% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,92% mebelin, 36,67% digər məhsulların payına düşüb.
2018-ci ilin yanvar-noyabr aylarında xarici ticarət əməliyyatlarında 7,002 min özəl və dövlət müəssisəsi və 14,575 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan dünyanın 182 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Yanvar-noyabr aylarında Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 30,98%-i), Türkiyə (8,657%), İsrail (6,16%), Çexiya (4,58%), Almaniya (4,12%), Hindistan (4,18%), Tayvan (3,99%), əsas idxal əməliyyatlarını isə Rusiya (16,19%), Türkiyə (13,96%), Çin (10,23%), Almaniya (5,67%), ABŞ (463,%), İsveçrə (4,95%), Ukrayna (4,03%) və İranla (3,6%) ilə həyata keçirib.