Azərbaycan və Türkiyə yeni layihələr həyata keçirməyə hazırlaşır.
FED.az xəbər verir ki, bunu birgə mətbuat konfransında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Önümüzdəki dönəmdə yeni layihələri də həyata keçirəcəyik. Bunlardan ən önəmlisi iqtisadi sahədə yerli və milli valyutalara keçiş olacaqdır".
Ərdoğan bildirib ki, Türkiyədə Prezident seçkisindən öncə, İyun ayının əvvəlində TANAP istifadəyə veriləcəkdir.
Qeyd edək ki, Azərbaycan przidenti İlham Əliyev Türkiyədə səfərdədir.