Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov Çin Xalq Bankının sədri Pan Qonşenq ilə görüşüb.
Azərbaycan Çinlə süni intellekt əsaslı maliyyə nəzarətində əməkdaşlığı müzakirə edib
FED.az bu barədə Azərbaycan Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial şəbəkə hesabında bildirib.
“Görüş zamanı monetar siyasət və maliyyə sabitliyi, ödəniş sistemləri, QR və mobil ödəniş həlləri, eləcə də ödəniş xidmətləri təchizatçılarının fəaliyyətinin tənzimlənməsi mövzularını müzakirə etdik. Bundan əlavə, rəqəmsal valyuta sahəsində tənzimləmə təcrübələri ətrafında fikir mübadiləsi apardıq.
Görüşdə həmçinin Azərbaycan və Çin mərkəzi bankları arasında əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikirlərimizi bölüşdük” - paylaşımda qeyd edilib.










