“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Strateji inkişaf və kommersiya departamentinə direktor təyin olunub.
Eləcə də bax: “Azərbaycan Sənaye Korporasiyası”nda - TƏYİNATLAR
FED.az Korporasiyaya istinadən xəbər verir ki, bu vəzifə Fəxri Mehdiyevə həvalə edilib.
O bundan əvvəl səhmdar cəmiyyətinin Maliyyə departamentinin direktoru olub.
Bundan başqa, Strateji inkişaf və kommersiya departamentinə yeni direktor müavini təyin edilib. Bu vəzifəyə isə Rüstəm Əkbər gətirilib. O, indiyə qədər Maliyyə departamentinin İnvestisiya şöbəsinin müdiri olub.