Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı (WB) 2025-2028-ci illər üzrə Ölkə Tərəfdaşlığı Çərçivəsinə (ÖTÇ) uyğun olaraq investisiya layihələrini müzakirə edib.
FED.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu gün WB-nin nümayəndə heyəti ilə görüşdük. Görüşdə qurumun Azərbaycandakı cari fəaliyyəti, yeni ÖTÇ-nin hazırlanması istiqamətində görülən işlər, onun əhatə edəcəyi strateji istiqamətlər, investisiya layihələri, o cümlədən ölkəmizin inkişaf prioritetləri və planları üzrə fikir mübadiləsi apardıq. Eyni zamanda, gələcək əməkdaşlıq perspektivlərini və həyata keçirilən texniki yardım layihələrini müzakirə etdik", - deyə o qeyd edib.